“Çörəkpulu” alan köçkünlərin SAYI

Hazırda oxunan: “Çörəkpulu” alan köçkünlərin SAYI

239133

2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət (“çörəkpulu”) alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub.

Bizim.Media xəbər verir ki, bu barədə “modern.az”ın hökumətdən əldə etdiyi məlumatda bildirilib.

Həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat alanlardır.

Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.

Bildirilib ki, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində “çörəkpulu” alanların sayı 39 100 nəfər azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin