Erməni generaldan məhkəmədə ETİRAF: “Onlar da Azərbaycana qarşı vuruşurdu” - FOTO

Hazırda oxunan: Erməni generaldan məhkəmədə ETİRAF: “Onlar da Azərbaycana qarşı vuruşurdu” - FOTO

239117

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

Bizim.Media xəbər verir ki, D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərək deyib:

“O, "Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi”.

O, Qarabağda Azərbaycana qarşı vuruşmuş “Daşnak” adlandırılan taborun dəstələrdən ibarət olduğunu bildirib.

“Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi”, - deyə o əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin