Cari ilin yanvar-fevral aylarında ölkədə təbii qaz hasilatı 1,22 faiz azalaraq 8,1 milyard kubmetr təşkil edib.
Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz və ya 0,3 faiz azdır. Bundan 1,9 milyard kubmetr Avropaya (9,52 faiz azalma), 1,4 milyard kubmetr Türkiyəyə (ötən illə eyni səviyyədə), 0,5 milyard kubmetr Gürcüstana (16,7 faiz azalma) satılıb. O cümlədən TANAP-la 0,9 milyard kubmetr (12,5 faiz artım) qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə), 473,1 milyard kubmetr qaz hasil edilib.
“Azəri-Çıraq-Günəşli”dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bundan 651,5 milyon ton neft və 172,8 milyard kubmetr qaz ixraca nəql edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:23 / 13.03.2025
TANAP-la qaz ixracı bu il 12 faizdən çox artıb
Hazırda oxunan: TANAP-la qaz ixracı bu il 12 faizdən çox artıb
Hazırda oxunan: TANAP-la qaz ixracı bu il 12 faizdən çox artıb
239116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.