Tural Məmmədov HƏBS EDİLDİ

Hazırda oxunan: Tural Məmmədov HƏBS EDİLDİ

239113

Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov müxtəlif vaxtlarda şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əldə edilən informasiyaya görə, Tural iki il əvvəl Şəkidə avtomobil qəzası da törədib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin