Bakıdan Sumqayıta yeni magistral yol SALINACAQ

Hazırda oxunan: Bakıdan Sumqayıta yeni magistral yol SALINACAQ

239084

Bakı şəhərinin ən ciddi problemi avtomobillərin yaratdığı tıxaclardır. Ən böyük tıxac isə özünü Bakı-Sumqayıt istiqamətində göstərir və sıxlıq saatlarla davam edir. Mütəxəssislər deyirlər ki, problemdən çıxış yollarından biri Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsidir.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, hökumət hazırda bu məsələni nəzərdən keçirir. Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsi hökumətin prioritet tədbir kimi nəzərdə tutduğu məsələlərdən biridir. Bununla nəqliyyat sahəsindəki sıxlığın azalacağı proqnozlaşdırılır.

Hökumətdə hesab edirlər ki, Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın yeni strateji 2-ci şimal giriş-çıxışı yaradılacaq.

Qeyd edilən məsələ Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlər siyahısına daxildir.

“Vahid Fəaliyyət Planı”nda “Bakı-Sumqayıt” yeni magistral yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin