Əsgəranda yük avtomobili QƏZAYA DÜŞDÜ

Hazırda oxunan: Əsgəranda yük avtomobili QƏZAYA DÜŞDÜ

239065

Məşhur şirkətə məxsus yük avtomobili qəza edib.

Bizim.Media-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə işğaldan azad olunmuş Əsgəran qəsəbəsi ərazisində qeydə alınıb.

"Körpü-Bina-Tikinti" MMC-yə məxsus "SHACMAN" markalı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı betondan olan dirəyə çırpılıb.

Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Sürücü isə müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin