Bakıda 13 yaşlı məktəblinin ölüm səbəbi AÇIQLANDI

Hazırda oxunan: Bakıda 13 yaşlı məktəblinin ölüm səbəbi AÇIQLANDI

239059

Martın 11-də Bakıda 13 yaşlı Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, mərhumun babası Ədalət Tanrıverdiyev hadisə baş verən gün nəvəsinin oruc tutduğunu bildirib.

“Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi”, - deyə babası əlavə edib.

Onun sözlərinə görə, Hüseyn daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun 6 yaşlı bacısı xəbər tutub.

H. Ələkbərli Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırmış. O, əlaçı imiş.

Faktla bağlı araşdırma aparılır. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin