Qusarda dəhşətli CİNAYƏT – Kürəkən keçmiş qayınatasını bıçaqladı – ÖZƏL - FOTO

Hazırda oxunan: Qusarda dəhşətli CİNAYƏT – Kürəkən keçmiş qayınatasını bıçaqladı – ÖZƏL - FOTO

239050

Qusarın Mucuqoba kəndində cinayət hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 20.45 radələrində qeydə alınıb.
 

Əslən bu kənddən olan, hazırda Bakıda yaşayan Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi döş qəfəsindən bıçaqlayıb.


55 yaşlı Rövşən Mustafayev Qusar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ona ilk yardım edilib. Vəziyyəti orta ağırdır.

Keçmiş kürəkənin qayınatasını aralarında yaranmış şəxsi mübahisə zəminində bıçaqladığı deyilir.

Faktın araşdırılmasına başlanılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin