Azərbaycan Rusiya vətəndaşları üçün birtərəfli olaraq quru sərhədini açıb.
Bizim.Media “Sputnik Azərbaycan” a istinadla xəbər verir ki, bu barədə Dağlıstanın Maqaramkent bölgəsi İcra Hakimiyyətinin başçısı Fərid Əhmədov bildirib.
MÖVZU İLƏ BAĞLI:
AZAL-dan Moskva istiqamətində uçuşlarla bağlı - AÇIQLAMA
Onun sözlərinə görə, artıq ruslar Samur sərhəd-keçid məntəqəsindən sərbəst şəkildə geri qayıda bilərlər. Bildirilib ki, bu qərar azərbaycanlılara aid deyil.
Qeyd edək ki, Azərbaycan-Rusiya sərhədi pandemiya səbəbilə 18 mart 2020-ci il tarixindən bağlanmışdı.
Bizim.Media