Azərbaycanda yanacaqdoldurma məntəqəsi yandı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanda yanacaqdoldurma məntəqəsi yandı - FOTO/VİDEO

239048

Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində baş verib. 

Qəsəbə ərazisində yerləşən,1959-cu il təvəllüdlü Ə.Cəfərova məxsus YDM-də təmir işləri aparan zaman anidən yanğın başlayıb.  

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.  

Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib. 

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.  

 

 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin