Dövlət Komitəsinin nümayəndə heyəti Qarsdakı məscidləri ziyarət etdi - FOTO

Hazırda oxunan: Dövlət Komitəsinin nümayəndə heyəti Qarsdakı məscidləri ziyarət etdi - FOTO

239032

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda yerləşən “Evliya” məscid kompleksini, “İşıqlı” və “Ulu” məscidlərini ziyarət edib.

Bizim.Media xəbər verir ki, məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşlərdə iki qardaş ölkə arasında münasibətlərin dövlət başçıları tərəfindən daha yüksək səviyyəyə çatdırılmasının, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməsinin önəmini vurğulanıb.
 

Eyni zamanda dövlətimiz tərəfindən xalqımızın tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunmasının, habelə dini ibadət yerlərinin bərpasının daim diqqətdə saxlanıldığını bildirilib.


İslam həmrəyliyinin və vəhdətin vacibliyi barədə fikirlər səsləndirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin