Kürdəmirdə DƏHŞƏT: 45 yaşlı kişini qatar vurdu

Hazırda oxunan: Kürdəmirdə DƏHŞƏT: 45 yaşlı kişini qatar vurdu

239016

Kürdəmirdə qatar 45 yaşlı sakini vurub öldürüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki kənd sakini 1980-ci il təvəllüdlü Bağırov Famil Zeynal oğlu Qarabucaq stansiyası ərazisində dəmir yolunu keçərkən onu qatar vurub və o, hadisə yerindəcə dünyasını dəyişib.


Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin