Mövsüm dəyişikliyinin ƏLAMƏTLƏRİ – Gözdə allergiyanın qarşısını necə alaq?

Hazırda oxunan: Mövsüm dəyişikliyinin ƏLAMƏTLƏRİ – Gözdə allergiyanın qarşısını necə alaq?

238974

Bildiyimiz kimi, mövsüm dəyişikliyi özünü bəzi əlamətlərlə göstərə bilər. Elə son günlər xüsusilə mart ayı  başladıqdan sonra bəzi insanlar gözlərində şişkinliyin, qızartıların olmasından şikayətlənirlər. Onlar deyirlər ki, bu hallar mövsüm dəyişikliyi ilə əlaqədardır.

Bizim.Media mövzuyla əlaqədar oftolmoloq Kəmalə Mustafayevanın fikirlərini öyrənib. Həkim bildirir ki, bu allergik konyutiv fəsil dəyişikliyi ilə də əlaqədar ola bilər.

Bəs bu allergiyanın qarşısını necə almaq olar?

“Bunun qarşısını almaq üçün allergik konyuntivitə səbəb ola biləcək amillərlə təması azaltmaq lazımdır. Belə ki, səhər erkən saatlarda, küləkli havada çölə çıxmamağa üstünlük verilməlidir. Həmçinin, evə gəldikdə üzü, əlləri yumaq, paltarları dəyişmək, evi tez-tez havalandırmaq önəmlidir. O cümlədən, günəş eynəyindən istifadə etmək də lazımdır.

Qidalanmaya və tez-tez su içməyə də diqqət edilməlidir. Ev şəraitində soyuq kompresdən istifadə etmək olar. Belə ki, hər hansı  bir pambıq diski soyuq suyla islatdıqdan sonra gözlərin üstünə qoymaq, həmçinin, süni göz yaşı damlalarından istifadə etmək də allerginləri müəyyən qədər  gözdən təmizləməyə də kömək edir”.

Müsahibimiz vurğulayıb ki, həkim məsləhətilə damcı müalicəsi də aparıla bilər. Onlar gözdəki qaşıntını, şişkinliyi, qızartını aradan  götürməklə gözlərə rahatlıq verir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin