Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir.
Məsələ ilə bağlı açıqlama verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib.
O qeyd edib ki, sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər.
"Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək", - deyə A.Telmanqızı bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:16 / 12.03.2025
Xankəndidə bir vaxtlar separatçıların yuvası olan bina SÖKÜLÜR – VİDEO
Hazırda oxunan: Xankəndidə bir vaxtlar separatçıların yuvası olan bina SÖKÜLÜR – VİDEO
Hazırda oxunan: Xankəndidə bir vaxtlar separatçıların yuvası olan bina SÖKÜLÜR – VİDEO
238946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.