FHN-in Tibb Xidmətinin rəisi vəzifəsindən azad olundu - YENİ TƏYİNAT

Hazırda oxunan: FHN-in Tibb Xidmətinin rəisi vəzifəsindən azad olundu - YENİ TƏYİNAT

238941

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi polkovnik-leytenant Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

FHN-in Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə gətirilib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev isə ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunub. ("Qaynarinfo")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin