Pakistanda ələ keçirilən qatardan 155 girov azad edildi – FOTO-VİDEO

Hazırda oxunan: Pakistanda ələ keçirilən qatardan 155 girov azad edildi – FOTO-VİDEO

238903

Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistanın Bolan rayonunda ələ keçirilən "Jaffar Express" sərnişin qatarından 155 girovu müvəffəqiyyətlə xilas edib və 27 terrorçunu öldürüb. Bildirilib ki, son yaraqlı öldürülənə qədər əməliyyat davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Geo News nəşri təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən yayıb.

Qeyd edilib ki, qoruyucu jilet geyinən terrorçular sərnişinlərdən canlı qalxan kimi istifadə edirlər.
 

Girovlara görə təhlükəsizlik qüvvələri son dərəcə ehtiyatlı davranırlar.


Xilas edilənlər arasında 58 kişi, 31 qadın və 15 uşaq var.

Xatırladaq ki, doqquz vaqondan və 450 sərnişindən ibarət olan qatar Hayber-Paxtunxva əyalətində Kvettadan Peşavərə hərəkət edirdi.

Təhlükəsizlik mənbələri daha əvvəl hücumun arxasında olan terrorçuların Əfqanıstandakı təşkilatçıları ilə əlaqə saxladıqlarını, qadın və uşaqları canlı qalxan kimi istifadə etdiklərini bildirmişdilər.

Bundan əvvəl deyilmişdi ki, Bəlucistan Azadlıq Ordusu qruplaşmasının yaraqlıları Pakistanda 450 qatar sərnişinini girov götürüblər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin