Azyaşlı uşaq hovuza düşdü

Hazırda oxunan: Azyaşlı uşaq hovuza düşdü

238900

Gəncədə azyaşlı uşaq ehtiyatsızlıqdan hovuza düşüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mikayıl Müşfiq küçəsində baş verib.
 

Belə ki, 2023-cü il təvəllüdlü U.Xəlilov yaşadıqları evin həyətinda olan su hovuzuna düşüb. Dərhal sudan çıxarılan körpə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.


Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 11.03.2025-ci il tarixində saat 18:40 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) suda boğulma diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ağır vəziyyətdə olan azyaşlının həkimlərin səyi nəticəsində həyatı xilas olunub, ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin