"Aesthetic & Wellness World Academy" (AWWA) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən kosmetologiya sahəsində əlavə təhsil fəaliyyəti göstərmək üçün rəsmi lisenziya alıb.
Bizim.Media xəbər verir ki, 2020-ci ildə təsis edilən AWWA, kosmetologiya sahəsində innovativ təhsil proqramları və tədris metodlarının hazırlanmasında lider kimi tanınır.
Akademiyada aşağıdakı ixtisaslar üzrə kurslar təklif olunur:
- Kosmetoloq
- SPA-masajçı
- Kosmosevt
- Kosmetoloq-texnik
- Preventiv təbabət
AWWA Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə fəal əməkdaşlıq edir, kosmetologiya və SPA sahəsində mütəxəssislərin təkmilləşdirilməsi və əlavə təhsil proqramlarını həyata keçirir.
2024-cü ildə Akademiya ISO 9002 (Keyfiyyətin idarə edilməsi), ISO 14001 (Ekoloji idarəetmə) və ISO 45001 (Əmək təhlükəsizliyi və sağlamlığı) standartları üzrə beynəlxalq sertifikasiyadan keçib.
Öndə gedən klinikalar, gözəllik salonları, hotellər və SPA mərkəzləri ilə qurduğu tərəfdaşlıqlar sayəsində AWWA tələbələrinə yüksək praktiki təcrübə qazandırmaq üçün təcrübə və staj proqramları təşkil edir.
Eyni zamanda, AWWA Beynəlxalq Masajçılar Assosiasiyası, Latviya "Beauty School" və Rusiya Milli Masajçılar Federasiyası ilə əməkdaşlıq edir, sağlamlıq və reabilitasiya sahəsində mütəxəssislərin ixtisasının artırılmasına yönəlir.
Gənclər və İdman Nazirliyi ilə birgə AWWA idmanda reabilitasiya masajı proqramlarını inkişaf etdirir və tətbiq edir. Akademiya 2022-ci ildə SPA və "wellness" sahəsində tendensiyalar və inkişaf strategiyalarına həsr olunmuş konfrans keçirib.
2023-cü ilin oktyabr ayında və 2024-cü ilin fevral ayında beynəlxalq masaj çempionatları təşkil edərək, iştirakçıların klassik masaj, terapevtik masaj, manual terapiya və üz masajı sahələrində bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradıb.
2024-cü ilin aprel ayında isə "Estetik anatomiya və üzün diseksiyası" mövzusunda elmi-praktik seminar keçirilib.
Təhsil fəaliyyətindən əlavə, AWWA öz məzunlarına "AWWA Tolent" platforması vasitəsilə iş tapmaqda dəstək olur, onları aparıcı klinikalar və SPA mərkəzləri ilə əlaqələndirir.
Bizim.Media