Qəzza zolağından gələn qız Ərdoğanın alnından öpdü - FOTO

Hazırda oxunan: Qəzza zolağından gələn qız Ərdoğanın alnından öpdü - FOTO

238889

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Fələstindən olan ailələrlə birgə iftar məclisində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında paylaşım edib.
 

Tədbirə əsas olaraq Qəzza zolağından olan ailələr qatılıb.


Türkiyə lideri Beştepe Millet Sergi Salonunda təşkil edilən iftar zamanı çıxış edib və qəzzalılara dəstəyini bir daha vurğulayıb.

Tədbir zamanı qəzzalı uşaqların Ərdoğanın ətrafına toplaşması, onunla foto çəkdirməsi fotoqrafların obyektivindən yayınmayıb.

Burada kiçik qəzzalı qızın Türkiyə prezidentinə sevgisini ifadə etdiyi anlar böyük maraqla qarşılanıb. Belə ki, Ərdoğanın alnından öpən qızın fotosu Türkiyə mediasında və sosial şəbəkələrdə geniş paylaşılıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin