Nazirlikdə yeni təyinat

Hazırda oxunan: Nazirlikdə yeni təyinat

238846

Elm və Təhsil Nazirliyində yeni təyinat baş tutub.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki,  bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Xəqani Qurbanov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
 

O, Bakı Slavyan Universitetinin “Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2001-2016-cı illərdə Kürdəmir rayon ümumi təhsil müəssisələrində müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor, rayon təhsil şöbəsində metodist, aparıcı məsləhətçi, müdir vəzifələrində çalışıb.


2016-cı ildən Daxili nəzarət şöbəsində baş mütəxəssis, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin