“Könül yarası” serialında BİABIRÇILIQ – Özündən 12 yaş böyük qadınla…

Hazırda oxunan: “Könül yarası” serialında BİABIRÇILIQ – Özündən 12 yaş böyük qadınla…

238811

Televiziyalarda yayımlanan seriallarda vəziyyət o qədər də ürəkaçan deyil. Bu gün çəkilən serialların çoxunda  mentalitetimiz, adət-ənənələrimiz və dəyərlərimizin təbliğatı izləyicilərə yalnış formada təqdim edilir. Daha çox gənc nəslə pis örnək olan məqamlara seriallarda geniş yer verilir, əxlaqi normalardan kənara çıxılır.

ARB TV-də yayımlanan “Könül yarası” serialında yer alan bəzi məqamlar ictimaiyyətdə ciddi müzakirə yaradıb.  Serialda subay oğlanın  özündən 12 yaş böyük və boşanmış qadınla sevgi yaşaması, onu özünə həyat yoldaşı seçməsi və bu birgəliyə etiraz edən ailəsinə qarşı çıxması təbliğ olunur. Bir növ məşəqqətlərdən keçərək yaşca özündən böyük və boşanmış qadının yolunda ailəsini qurban verməsi əks olunur ki, bu da ailə dəyərlərindən kənara çıxılması kimi dəyərləndirilir. İzləyicilər tərəfindən birmənalı qarşılanmayan bu məqamlarla bərabər nəyin təbliğatının getdiyi müəmma doğurur.

Bizim.Media məsələ ilə bağlı serialın rejissoru ilə həmsöhbət olub.

Rejissor Qulu Əsgərov hesab edir ki, sevgi adət-ənənəyə baxmamalıdır:

“Bir insan sevirsə, bu sevgiyə nə adət-ənənə, nə də cəmiyyət qarışa bilər. Məncə bura yaş məsələsin də aid etmək olar. Təbii ki, söhbət ülvi duyğulardan, təmiz sevgidən gedir. Mən bu serialı illər öncə çəkmişəm. Əgər bir qadının hansısa səbəbdən ailə həyatı alınmayıbsa, boşanıbsa o demək deyil ki, onun üçün həyat bitdi, daha xoşbəxt ola bilməz” - deyə rejissor bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin