Bayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR

Hazırda oxunan: Bayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR

238810

Novruz bayramı ərəfəsində pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq üçün əlavə ödənişlərin verilməsi məsələsi yenidən gündəmə gəlib. Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə və Rusiyada bayram günlərində pensiyaçılara xüsusi müavinətlərin ayrılması təcrübəsi mövcuddur. Türkiyə Təqaüdçülər Dərnəyinin (TÜED) sədri Kazım Ergün milyonlarla pensiyaçının bayram mükafatlarında artım gözlədiyini bildirərək, bu vəsaitin onların büdcəsinə dəstək olacağını vurğulayıb. Türkiyə hökuməti Ramazan və Qurban bayramlarında pensiyaçılara verilən mükafatların artırılmasına diqqət yetirərkən, Rusiyada da müxtəlif sosial kateqoriyalara aid vətəndaşların və hərbçilərin pensiyalarına əlavə ödənişlər tətbiq edilir.

Onu da qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənildi.

Maraqlıdır eyni praktika 2025-ci ildə də həyata keçirilə bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “news24.az”a açıqlamasında bildirib ki, Azərbaycanda da oxşar praktika mövcud olub:

"Ötən il hökumət pensiyaçılara əlavə dəstək məqsədilə hər rüb 50 manat olmaqla, ümumilikdə 200 manatlıq ödəniş həyata keçirdi. Bu məbləğ böyük dəstək olmasa da, pensiyaçılar üçün müəyyən qədər maddi rahatlıq yaratdı. Lakin həmin təşəbbüs davam etdirilmədi və bu il üçün oxşar ödənişlərin ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib".

İqtisadçı qeyd edib ki, minimum pensiya alanlar üçün xüsusi ödənişlər ayrıla bilər:

"Azərbaycanda pensiya artımlarının və əlavə ödənişlərin tətbiqinin müəyyən maliyyə yükü yarada bilsə də, bunun daha ədalətli formada həyata keçirilməsi mümkündür. Hazırda ölkədə 1 milyondan çox pensiyaçı var və onların hamısına bayram mükafatı vermək hökumət üçün maliyyə baxımından çətin ola bilər. Lakin minimum pensiya alanlar üçün əlavə vəsaitlərin ayrılması daha məqsədəuyğun olar. Təxminən 800 mindən çox təqaüdçü minimum və minimuma yaxın pensiya alır. Heç olmasa, həmin kateqoriyaya aid şəxslərə əlavə vəsaitlərin ödənilməsi onların maddi durumuna müsbət təsir edə bilər."

Natiq Cəfərli vurğulayır ki, pensiyaçılar sosial cəhətdən həssas təbəqə olduğu üçün onların bayram öncəsi əlavə müavinətlə təmin edilməsi əhəmiyyətli addım ola bilər. Bununla yanaşı, gələcəkdə bayram mükafatlarının davamlı olması və müəyyən sistemə əsasən verilməsi də vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin