Qubada həkim avtomobillə müəllimi VURDU - FOTO

Hazırda oxunan: Qubada həkim avtomobillə müəllimi VURDU - FOTO

238805

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, şəhərin Əliqulu Nərimanov küçəsində Röya Sultanovanın idarə etdiyi "Kia" markalı avtomobillə 51 yaşlı Şəlalə Ağayeva vurulub.

Əliqulu Nərimanov küçəsində yolu keçərkən"Kia"markalı avtomaşının zərbəsinə tuş gəlib. Şəhər məktəblərinin birində müəllimə işləyən Şəlalə Ağayevanın Quba rayon mərkəzi xəstəxanasının şöbə müdiri Röya Sultanovanın idarə etdigi avtomobillə vurulduğu deyilir. Qadın piyada xəstəxanaya çatdırılıb.

Faktı Quba polis şöbəsi araşdırır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin