Eyni məhlədə yaşadığı tanışını öldürməyə cəhddə ittiham olunan Bəhrəm İbayevin məhkəmə araşdırması başa çatıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu gün hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son iclas təqsirləndirilən şəxsin doğum gününə təsadüf edib.
Vəkil müvəkkili üçün önəmli günü və azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə qəsdən adam öldürməyə cəhd maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb.
Hökmə əsasən, Bəhrəm İbayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bəhrəm üçün bundan sonra 11 mart təkcə doğum günü kimi deyil, hökm günü kimi də xatırlanacaq.
Qeyd edək ki, cinayət hadisəsi ötən ilin yayında Sabunçu rayonunda yerləşən “Park kafe” adlı iaşə obyektində baş verib.
İstintaq materiallarına görə, Bəhrəmlə zərərçəkmiş Natiq Hüseynov arasında mübahisə salam verməmək üstündə başlayıb. Belə ki, Bəhrəm Natiqin ona salam vermədən yanından keçməsinə əsəbiləşib. Onlar arasında bu məsələ ilə başlayan mübahisə qanla yekunlaşıb.
Bəhrəm qarşı tərəfə 14 bıçaq zərbəsi vurub. Ağır xəsarət alan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:56 / 11.03.2025
Doğum günündə hökm oxundu...
Hazırda oxunan: Doğum günündə hökm oxundu...
Hazırda oxunan: Doğum günündə hökm oxundu...
238799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.