Qan portağalı sitrus meyvələri ailəsinə aid olan və tərkibində yüksək miqdarda C vitamini, antioksidantlar və liflər ehtiva edən qida dəyəri yüksək meyvədir.
Bizim.Media xəbər verir ki, daxili hissəsinin tünd qırmızı və bənövşəyi çalarlara sahib olması, onu digər portağal növlərindən fərqləndirir. Bu rəng meyvənin antosiyanin adlı təbii piqmentlə zəngin olması ilə bağlıdır.
İmmun sistemini gücləndirir
Mütəxəssislər qan portağalının immuniteti möhkəmləndirdiyini bildirirlər. Yüksək C vitamini tərkibi qrip və soyuqdəyməyə qarşı qoruyucu təsir göstərir. Bundan əlavə, flavonoidlər və antioksidantlar sayəsində damar sağlamlığını dəstəkləyir və qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Ürək və dəri sağlamlığına faydalıdır
Araşdırmalar göstərir ki, qan portağalı ürək sağlamlığı üçün də mühüm rol oynayır. Kalium baxımından zəngin olduğu üçün ürək ritmini sabitləşdirir və infarkt riskini azalda bilər. Eyni zamanda, güclü antioksidant tərkibi sayəsində dərinin qocalma prosesini ləngidə bilər.
Həzm sistemini dəstəkləyir
Mütəxəssislər qan portağalının lif baxımından zəngin olduğunu və bu səbəbdən həzmi yaxşılaşdırdığını vurğulayırlar. Bağırsaq hərəkətlərini tənzimləyən bu meyvə, eyni zamanda qəbizliyin qarşısını almağa kömək edir.
Qan portağalının istehlakında diqqətli olmaq lazımdır
Həkimlər qan portağalının həddindən artıq istehlakının bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Mədə turşuluğunu artıra biləcəyi üçün reflü və mədə yanması problemi olan şəxslərin ehtiyatlı olması tövsiyə edilir. Bundan əlavə, qan durulaşdırıcı dərmanlardan istifadə edən şəxslərin bu meyvəni qəbul edərkən həkim məsləhəti almaları vacibdir.
Bəs qan portağalı qan artırırmı?
Mütəxəssislər bildirirlər ki, qan portağalının qırmızı rəngi bəzi insanlarda onun qan artırıcı təsirə malik olduğu düşüncəsini yarada bilər. Ancaq qan istehsalı dəmir, B12 vitamini və fol turşusu kimi elementlərin balanslı şəkildə qəbul edilməsindən asılıdır. Buna görə də qan portağalı təkbaşına qan artıran qida kimi qəbul edilməməlidir.
Mütəxəssislərdən tövsiyə
Sağlam həyat tərzi üçün qan portağalını balanslı şəkildə rasiona daxil etmək lazımdır. Orqanizmin ehtiyacına uyğun olaraq gündə 1-2 ədəd qan portağalı istehlak etmək faydalı hesab edilir. Bununla belə, hər hansı bir xroniki xəstəliyi olan şəxslər bu meyvəni qəbul etməzdən əvvəl həkim məsləhəti almalıdırlar. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:49 / 11.03.2025
Bu meyvə sağlamlıq üçün ƏVƏZOLUNMAZDIR
Hazırda oxunan: Bu meyvə sağlamlıq üçün ƏVƏZOLUNMAZDIR
Hazırda oxunan: Bu meyvə sağlamlıq üçün ƏVƏZOLUNMAZDIR
238782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.