Kartof daha da BAHALAŞACAQ?

Hazırda oxunan: Kartof daha da BAHALAŞACAQ?

238780

Mart ayından kartofun qiymətində artım müşahidə olunub. Əvvəllər 0.80 aznə kartof tapmaq olurdusa, indi ən ucuz hesab edilən kartofun bir kiloqramı 1 və ya 1.20 aznə satılır. Alıcılara növünə görə 1.80 aznə də təklif olunan kartof var.


Ölkəmizdə çox istifadə edilən kartofun bahalaşmasına səbəb nədir?

İqtisadçı ekspert Akif Nəsirli bu barədə Bizim.Media-ya danışarkən deyib ki, bunun bir səbəbi yerli kartofun tükənməsidir:

“Biz idxaldan asılıyıq. İdxalçılar süni şəkildə kartof idxalını azaldaraq qiymətlərin bahalaşmasına şərait yaradırlar. Azərbaycan idxalçıları çox kartof gətirib az qazanmaqdansa, az kartof gətirib çox qazanmaq prinsipini əsas tutublar”.

O hesab edir ki, idxalçılar həm də yeni kartofun çıxmasını nəzərə alıb riskə getmirlər:

“Digər tərəfdən də idxalçılar ehtiyat edir ki, böyük həcmdə kartofu ölkəyə gətirəcəklər, ardıyca da yeni kartof çıxacaq. Onların gətirdikləri kartofun qiyməti düşəcək və ziyana gedəcəklər. Yaza doğru getdiyinə görə sahibkarlar idxala həssas yanaşırlar. Ona görə də kartofun qiyməti bahalaşır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin