Tanınmış psixoloq Nizami Orucov Azərbaycan Dövlət İqtisad Universitetinidə (UNEC) keçirilən görüş zamanı səhnədə yıxılıb.
Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, hadisə UNEC-in 95 illik yubileyinə həsr olunan TEDxUNEC konfransı zamanı baş verib.
Bu barədə danışan psixoloq bildirib ki, o, insanların stress anında necə davranacaqlarını sınaq etmək məqsədilə öz iradəsi ilə səhnədə qəsdən yıxılıb:
“Danışdığım mövzu stress və təzyiq altında qərar verməklə bağlı idi. Bunu praktiki olaraq insanlara yaşatdım. Stress anında insan üç formada qərar tutur: ya donub yerində qalır, ya qaçmaq qərarına gəlir, ya da mübarizə aparır. UNEC-dəki konfrans iştirakçıları arasında bu üç halın hər birini sərgiləyən oldu. Biri donub qaldı, digəri kömək etmək istədi, bəziləri isə həmin situasiyanın içində olmaq belə istəmədi. Artıq bir neçə nəfərin mənə doğru gəldiyini görəndə dedim ki, narahat olmayın, hər şey yaxşıdır, bu, sadəcə bir başlanğıc idi. Hamı alqışladı. Hətta bizə “İnstagram”da bir bəy yazdı ki, sizdən öncəki çıxışlarda bütün zal yatmışdı, sizin çıxışınızdan sonra hamı səhnəyə fokuslandı...”
Nizami Orucovun səhnədə yıxılma anını təqdim edirik.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:32 / 11.03.2025
Psixoloq Nizami Orucov konfransda çıxış edərkən yıxıldı – VİDEO
Hazırda oxunan: Psixoloq Nizami Orucov konfransda çıxış edərkən yıxıldı – VİDEO
Hazırda oxunan: Psixoloq Nizami Orucov konfransda çıxış edərkən yıxıldı – VİDEO
238778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.