Yanacaqdoldurma məntəqəsindən ŞİKAYƏT: "62 litrlik çənə 63 litr yanacaq necə vurulub?" – VİDEO

Hazırda oxunan: Yanacaqdoldurma məntəqəsindən ŞİKAYƏT: "62 litrlik çənə 63 litr yanacaq necə vurulub?" – VİDEO

238753

Abşeron rayonu, Məmmədli kəndində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində vətəndaşın avtomobilinə yanacaq çəninin tutumundan artıq benzin vurulduğu iddia olunur.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, iddiaçı avtomobilinin yanacaq tutumu 62 litr olduğu halda, məntəqədə çənə 63 litr yanacağın necə vurulduğunu sorğulayıb.

Məsələ ilə bağlı "Lukoil-Azərbaycan" QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev açıqlamasında məsələnin araşdırıldığını bildirib.

"Hazırda sözügedən yanacaqdoldurma məntəqəsinin rəhbəri məsələ ilə məşğuldur. Araşdırma aparır. Sürücü ilə əlaqə yaratmağa çalışırıq. Qeyd edim ki, həmin sürücü bizim qaynar xəttə müraciət etməyib. Müştərilərimizdən xahiş edirik ki, hər hansı sualları olsa, bizim 012 497 41 90 qaynar xəttimizə müraciət etsinlər", - deyə R.Ağayev vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin