Bakıda avtomobilə hücum edib sürücünü ölümcül döyən şəxslərlə bağlı QƏRAR VERİLDİ - VİDEO

Hazırda oxunan: Bakıda avtomobilə hücum edib sürücünü ölümcül döyən şəxslərlə bağlı QƏRAR VERİLDİ - VİDEO

238747

Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bizim.Mediateleqraf.az”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə Natiq Mustafakamalov, Vahid Cavadov və Nazim Rəhmanovun barəsində 3 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hadisədə iştirak edən Azər Zahidlə bağlı verilən təqdimat təmin olunmayıb və o sərbəst buraxılıb.

Qeyd edək ki, “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin