Bakıda tanışını bıçaqlayan şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Bakıda tanışını bıçaqlayan şəxsə HÖKM OXUNDU

238741

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, müdafiə etdiyi şəxsin bu hadisəni özünü müdafiə zəminində törətdiyini bildirərək onun əməlinin Cinayət Məcəlləsinin 126.1 ci maddəsinə tövsif edilməsini istəyib.

Bundan başqa, müdfiəçi onun himayəsində azyaşlı xəstə uşağının olduğunu, cinayəti törətdikdən sonra könüllü olaraq polisə təslim olmasının nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Bəhrəm İbayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı Natiq Hüseynovun ona yanından keçərkən görüb salam verməməsinə dair irad bildirib.

Daha sonra ötən il iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən "Park kafe"də B.İbayev təsadüfən Natiq Hüseynovu görüb və bu zaman ona 14 bıçaq zərbəsi vurub. Natiq Hüseynov müqavimət göstərərək qaçıb kafeyə daxil olub və ətrafdakıların köməkliyi ilə Sabunçu rayon xəstəxanasına çatdırılıb. Onu xilas etmək mümkün olub.

Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin