Rusiyada azərbaycanlı TUTULDU - SƏBƏB

Hazırda oxunan: Rusiyada azərbaycanlı TUTULDU - SƏBƏB

238729

Rusiyanın Sankt-Peterburq şəhərində 2 il əvvəl oğurluq edən azərbaycanlı saxlanılıb.

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, cinayət axtarış şöbəsi Stieqlitz Akademiyasının dosenti olan rəssamdan 4 milyon rubl oğurlamaqda şübhəli bilinən 37 yaşlı Azərbaycan vətəndaşını Vnukovo hava limanında saxlayıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti verib.

Hadisə 2023-cü ilin payızında baş verib. 64 yaşlı təqaüdçü Sankt-Peterburqun Petroqradski rayonunun polisinə müraciət edərək, oğurluqla bağlı məlumat verib. O, bir nəfərin ona məxsus Qatçinskaya ünvanında yerləşən emalatxanaya daxil olaraq onun şkafından 4 milyon 166 min rubl (təxminən 80 min 749 manat) oğurladığını və "Solaris"lə qaçdığını deyib.

Oğurluqla bağlı cinayət işi araşdırılır./lent.az 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin