Bakı metrosunda sıxlığın SƏBƏBİ bilindi – VİDEO

Hazırda oxunan: Bakı metrosunda sıxlığın SƏBƏBİ bilindi – VİDEO

238705

Bu gün səhər saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasının giriş hissəsində sıxlıq yaranıb. Vətəndaşlar metronun platforma hissəsinə daxil olmaq üçün dəqiqələrlə sıxlıqda qalmalı olublar.

Bizim.Media xəbər verir ki, bəzi vətəndaşlar deyirlər ki, metro girişlərində quraşdırılan "X-RAY" aparatları təhlükəsizlik baxımından vacib olsa da, pik saatlarda cəmi birinin işlədilməsi sıxlıq yaradır.

Onların sözlərinə görə, xüsusilə pik saatlarda, sərnişinlərin çox olduğu vaxtlarda bu yoxlama cihazlarının hər ikisindən istifadə edilməlidir, eyni zamanda, sürətli keçidlər üçün ayrıca xətlər yaradılmalıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, Bakı Metropoliteninin bütün stansiyalarında, girişlərdə qanuna uyğun olaraq təhlükəsizlik məqsədilə zəruri tədbirlər icra olunur.

Qurumdan o da bildirildi ki, metropolitendə təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər icra olunduğundan artıq bütün çantalar "X-RAY" tipli yoxlama cihazları vasitəsilə aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin