Şəkidə qaz təchizatında fasilə yaranacaq. Buna səbəb yeraltı xətdə qaz sızmasının aşkarlanmasıdır.
Bizim.Media-nın yerli bürosu “Azəriqaz” İB-nin Şəki-Zaqatala Regional İdarəsinə istinadən bildirir ki, Şəki şəhərini qazla təmin edən d-530 mm-lik yeraltı qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq martın 11-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri başa çatana qədər Şəki şəhəri, 30 kənd və 1 qəsəbədə ümumilikdə 31 906 abonentin qaz təminatı müvəqqəti olaraq kəsiləcək.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu