Övladı olanların beyni daha gec qocalır

Hazırda oxunan: Övladı olanların beyni daha gec qocalır

238680

Övladı olanların beyin funksiolnallığı artır və qocalma prosesi ləngiyir. Bu təsir həm qadınlarda, həm də kişilərdə müşahidə olunur.

Bizim.Media xəbər verir ki, Avstraliya, Sinqapur və ABŞ-dan olan tədqiqatçılar təxminən 55 yaşlarında olan 19,964 qadın və 17,607 kişidən alınan maqnit rezonans görüntüləmə məlumatlarını təhlil edərək, onların uşaqlarının sayı ilə beyin funksiyası arasındakı əlaqəni araşdırıblar.

Yaşlandıqca sinir əlaqələri zəifləyir - bu yaşlanma prosesinin normal bir hissəsidir. Əvvəla, yaşlı insanlarda beynin hərəkətə, fiziki hisslərə və sosial təmasların saxlanmasına cavabdeh olan sahələrinin fəaliyyəti pisləşir.

Bununla belə, uşaq böyüdən insanlarda sinir əlaqələri sabit qalır və onların gücü birbaşa insanın böyüdüyü uşaqların sayı ilə əlaqələndirilir.

Alimlər gənc qalma prosesinin doğum və ya fiziki aktivliklə deyil, daha çox qayğı, sevinc və məsuliyyət kimi hisslərlə bağlı olduğunu iddia edirlər. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin