Sahil Babayevin aparat rəhbəri təyin etdiyi Natiq Həsənov KİMDİR? – DOSYE

Hazırda oxunan: Sahil Babayevin aparat rəhbəri təyin etdiyi Natiq Həsənov KİMDİR? – DOSYE

238625

Xəbər verdiyimiz kimi, Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib. Bununla bağlı maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Bizim.Media Natiq Həsənovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayev Natiq Həsənovu yüksək vəzifəyə TƏYİN ETDİ


N.Həsənov 1979-cu ildə anadan olub. 

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.
 

Natiq Həsənov 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifələrində çalışıb. 


O, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin