İş yerində işçinin mobil telefonu əlindən alına bilərmi? - HÜQUQİ İZAH

Hazırda oxunan: İş yerində işçinin mobil telefonu əlindən alına bilərmi? - HÜQUQİ İZAH

238619

Bir çox müəssisələrdə iş vaxtı işçiyə mobil telefondan istifadə etmək qadağan olunur. Bu vəziyyət  işdə nizam-intizamın qorunması, işçinin daha məsuliyyətli olması üçün normal hesab olunsa da, işçinin hüquqlarının pozulması kimi dəyərləndirilir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Vüsal Cəfərovun sözlərinə görə əmək qanunvericiliyi işçinin şəxsi əşyalarının toxunulmazlığını təmin edir:
 

“İşçinin şəxsi əşyalarının, o cümlədən mobil telefonunun əlindən alınması üçün hüquqi əsas olmalıdır. Əks halda, bu, qanunsuz məhdudiyyət və ya mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər.


Əgər Əmək müqaviləsində və ya daxili qaydalarda mobil telefon istifadəsinin məhdudlaşdırılması ilə bağlı bənd varsa, işəgötürən müəyyən çərçivədə məhdudiyyətlər qoya bilər. Məsələn iş vaxtı şəxsi telefonlardan istifadənin qadağan edilməsi, konfidensial məlumatların qorunması məqsədilə telefonun ofisə gətirilməsinin məhdudlaşdırılması… Lakin bu məhdudiyyətlər işçinin mobil telefonunun tamamilə əlindən alınmasını əsaslandırmır” – deyə vəkil bildirib.

Vüsal Cəfərov eyni zamanda qeyd etdi ki, bəzi sahələrdə mobil telefon istifadəsi təhlükəsizlik baxımından qadağan oluna bilər. Belə hallarda işçi əvvəlcədən bu qaydalara razılaşmalıdır:
 

“Əgər işçinin mobil telefonu məcburi şəkildə əlindən alınırsa, bu, qanunsuz mülkiyyətə müdaxilə və hətta özbaşına hərəkət (mülki və cinayət hüququ baxımından) kimi qiymətləndirilə bilər.


İşəgötürən işçinin şəxsi mobil telefonunu əlindən ala bilməz. Yalnız qanuni əsaslarla və işçi ilə qarşılıqlı razılıq çərçivəsində müəyyən məhdudiyyətlər qoyula bilər. Əgər iş yerində mobil telefonun istifadəsi qadağandırsa, bu, işçiyə əvvəlcədən bildirilməli və əmək müqaviləsində nəzərdə tutulmalıdır. Əks halda, bu, işçi hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.”

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin