Sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO

Hazırda oxunan: Sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO

238601

"Ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də sürücülərin tələskənliyidir".

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev paylaşım edib.

O bildirib ki, işə gecikmək, təyinat yerinə tez çatmaq və ya sadəcə yol hərəkətində üstünlük qazanmaq üçün qaydaları pozmaq çox vaxt faciə ilə nəticələnir:

"Tələskənlik: Böyük risk, ağır nəticə!

Sürət həddini aşmaq - nəqliyyatın idarəetməsini çətinləşdirir və qəza riskini artırır.

Qırmızı işıqda keçmək - həm sürücü, həm də piyadalar üçün təhlükəlidir.
 

Zolaqları düzgün seçməmək və yol hərəkətini pozmaq - digər sürücüləri gözlənilməz manevrlərlə çaşdırır və qəza ehtimalını yüksəldir.


Unutma ki, sənin tələskənliyin başqalarının sonu ola bilər!"


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin