Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Mahir Quluzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Quluzadəyə şərti cəza verilib.
İttihama görə, hadisə 2 noyabr 2024-cü il tarixdə, saat 6 radələrində Masallı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Mahir Quluzadə anasına məxsus evin həyətində olarkən anasının sevgi münasibətində olduğu zərərçəkmiş Sabir Salayevlə (şərti) rastlaşıb. Bu zaman o, zərərçəkmişin həmin həyətə hansı səbəbdən gəlməsini aydınlaşdırmaq istəyib və onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonra Mahir əlində olan cib bıçağı ilə zərərçəkmişin qarın və sol çiyin nahiyələrinə zərbələr vuraraq, ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra Mahir Quluzadə saxlanılıb və barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdi. (Pravda.az)
Bizim.Media