Arkadi Qukasyandan ETİRAF: "“Böyük Ermənistan” ideyası nağıldır"

Hazırda oxunan: Arkadi Qukasyandan ETİRAF: "“Böyük Ermənistan” ideyası nağıldır"

238578

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırır. 

Bizim.Media xəbər verir ki, o, prokurorun “böyük Ermənistan” ideologiyası ilə razısınızmı?” sualına cavabında bu ideyanı nağıl adlandırıb:  

“Böyük Ermənistanla” bağlı... Çoxdandır nağıllara inanmıram. “Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam". 

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin