İşğaldan azad edilmiş ərazilərdə internetlə təmin edilən evlərin sayı AÇIQLANDI

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə internetlə təmin edilən evlərin sayı AÇIQLANDI

238567

İşğaldan azad edilmiş ərazilərdə 3500-dən yuxarı ev təsərrüfatında genişzonaqlı internet təmin edilib. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Aztelekom" MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində deyib. 

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə işlər davam etdirilir. Hazırda magistral kabellərin çəkilişi işləri davam edir. 

"Böyük Qayıdış" proqramına uyğun olaraq azad edilmiş ərazilərdə yeni texnologiyaların tətbiqi artıq həyata keçirilib",- deyə o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin