Çəkilməsinə milyonlar ayrılan, qısa müddətdə silinən YOL XƏTLƏRİ... – FOTO

Hazırda oxunan: Çəkilməsinə milyonlar ayrılan, qısa müddətdə silinən YOL XƏTLƏRİ... – FOTO

238560

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı tender elan edib. Satınalma müsabiqəsi aprlin 7-nə qədər davam edəcək. Satınalma predmetinin ehtimal olunan qiyməti 18 milyon 633 min 772 manatdır.

Qeyd edək ki, regionlarda və paytaxta çəkilən yol xətlərinin keyfiyyəti məsələsi tez-tez gündəmə gəlir. Xüsusilə də, zolaqların qısa zaman ərzində silinməsi hərəkət iştirakçılarının narazılığına səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

Sürücülərin NƏZƏRİNƏ: Heydər Əliyev prospektində yol xətləri DƏYİŞDİRİLDİ


Bəs, çəkilməsinə milyonlarla vəsait ayrılan boyaların ömrü niyə az olur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Yasin Mustafa deyib ki, qarlı-şaxtalı qışdan sonra yolların asfaltlanması və xətlənməsi normal haldır:

“Lakin yollarda xətlənmənin aparılması üçün istifadə edilən boyaların keyfiyyətsiz olması başqa bir məsələdir. İstifadə edilən boya daha keyfiyyətli omalıdır ki, qışda qara-yağışa, yayda yüksək temperatura dözsün. Amma nədənsə bizim yollara çəkilən zolaqlar qısa zamanda itir.
 

Yol təsərrüfatında istifadə edilən boyalar 2 cür olur. Yollarda istifadə olunan boyalardan biri fosforlu boyadır. Ona bəzən termoplastik boya deyirlər. Asfalt üzərinə çəkiləndə bu boyanın müəyyən qalınlığı olur. Bəzi bildirişləri daha qabarıq göstərmək üçün həmin boyadan istifadə edilir. Hətta avtomobil xəttin üzərindən keçəndə təkərlər bəlli bir səs çıxarır. Bu boyaların minimum ömrü 3-5 ildir.  


Yollarımızda daha çox sadə boyalardan istifadə edilir. Bu boyanın qalınlığı olmur, sadəcə xətləri göstərir. Belə boyaların ömrü isə çox az olur”.

Biri termoplastik, digərləri soyuq boya

Qeyd edək ki, AYNA-nın tender elanında 6 kateqoriya üzrə yol xətlərinin rənglənməsi işləri nəzərdə tutulub. Sözügedən kateqoriyalardan yalnız biri üzrə işlər termoplastik boyalarla aparılacaq. Digər 5 istiqamət üzrə rənglənmədə soyuq boyadan istifadə edilməsi nəzərdə tutulub.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin