Həmkəndlisi olan qadını küçədə döyən şəxsə cəza verildi

Hazırda oxunan: Həmkəndlisi olan qadını küçədə döyən şəxsə cəza verildi

238556

Masallı Rayon Məhkəməsində xuliqanlıqda və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən İmran Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü o, 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə 30 iyul 2024-cü il tarixdə, saat 21:30 radələrində Astara rayonu, Şahağacı kəndində qeydə alınıb. 

Belə ki İmran Cəfərov qeyri-rəsmi ər-arvad münasibətində olduğu həmkəndlisi ilə evində mütəmadi mübahisə edib, ona nalayiq ifadələr işlədib. Bu səbəbdən təqsirləndirilən şəxsin qonşusu, zərərçəkmiş Durdanə Mayılova (şərti) ona irad bildirib. O, yaşadığı kəndin mərkəzindən keçən yolda zərərçəkmişi görüb, ona irad bildirilməsini bəhanə edib.
 

Sonra İmran yolun kənarında yığılmış oduncaqların içərisindən ağac parçasını götürüb, qadının ünvanına nalayiq ifadələr işlədib, bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. 


Bundan başqa, İmran Cəfərov Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Şöbənin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı 0,791 qram metamfetamin aşkar edilərək götürülüb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin