Şəmkirdə bir-birinə bitişik iki evdə yanğın olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yanğın rayonun Günəşli kəndində baş verib.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir və Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı kənd sakinləri, Asif Hüseynovun fərdi yaşayış evinin 110 m² hissəsi, 75 m² olan dam örtüyü və 80 m² olan tövlə yanıb.
Həmin evə bitişik, 1980-ci il təvəllüdlü Vidadi Hüseynova məxsus, yardımçı tikilinin dam örtüyünün 25 m² hissəsi yanıb. Yanğın söndürülüb və hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının baş vermə səbələri araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu