DTX rəisinin müavini: "900-dən artıq yaşayış məntəqəsi Ermənistan tərəfindən dağıdılıb"

Hazırda oxunan: DTX rəisinin müavini: "900-dən artıq yaşayış məntəqəsi Ermənistan tərəfindən dağıdılıb"

238533

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşib. 

Bizim.Media xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib. 

O bildirib ki, hərbi əməliyyatlar nəticəsində 19 mindən artıq vətəndaşımız öldürülmüş və ya itkin düşmüş, 65 mindən artıq insan müxtəlif bədən xəsarətləri alıb:

“900-dən artıq yaşayış məntəqəsi tamamilə dağıdılmış, ərazilərin infrastrukturuna və ekologiyasına on milyard dollarlarla ölçülən ziyan vurulmuş, 10 min hektarlarla ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. 
 

Münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilmiş, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilmiş, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb olub. 


Müharibə qurbanlarının, xüsusən də əsir-girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərə ölkəmizdə daim həssas münasibət göstərilib. Bu məsələ zamanında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, daha sonra möhtərəm Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzində olub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin