Bir ailənin 3 üzvü bıçaqlandı - Bakıda dəhşətli CİNAYƏT

Hazırda oxunan: Bir ailənin 3 üzvü bıçaqlandı - Bakıda dəhşətli CİNAYƏT

23852

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girən şəxsin ona, arvadına və oğluna bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin