Naxçıvanın daha bir blokadası başa çatır - VİDEO

Hazırda oxunan: Naxçıvanın daha bir blokadası başa çatır - VİDEO

238488

"Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə Prezident İlham Əliyevin Ankaraya səfərindən söz açılıb.

Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanla Türkiyə daha bir vacib layihənin açılışını ediblər.

Vurğulanıb ki, Iğdır-Naxçıvan qaz kəməri Naxçıvanı qardaş ölkə ilə birləşdirən ikinci körpü rolunu oynayır. Bu körpü ilə Naxçıvanın qaz blokadası sona çatır.

Bildirilib ki, Azərbaycan enerji sferasında getdikcə daha güclü oyunçuya çevrilmək üçün maraqlı addımlar atır. Onlardan biri də Prezident İlham Əliyevin qonşu ölkələri təmsil edən üç neft şirkəti ilə görüşüdür.

Verilişdə, həmçinin qondarma separatçı quruma rəhbərlik etmiş Ruben Vardanyanın ailəsi vasitəsilə dünya ermənilərinə müraciətindən də bəhs olunub.

Eyni zamanda ABŞ-İran münasibətlərindən danışılıb. Diqqətə çatdırılıb ki, Donald Tramp İranı çökdürmək üçün hərəkətə keçib.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin