Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında buraxılış imtahanı keçirildi - FOTO

Hazırda oxunan: Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında buraxılış imtahanı keçirildi - FOTO

238452

Martın 9-da Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bizim.Media xəbər verir ki, Füzuli şəhəri 1 №-li Mirzə Uluqbəy adına tam orta məktəbdə 25 şagird, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə 5 şagird, Zəngilan rayon Ağalı kənd tam orta məktəbdə 6 şagird imtahanda iştirak edib.

Cəbrayıl şəhər M. Mehdizadə adına tam orta məktəbdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

İşğaldan azad edilən rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi və 3 imtahan rəhbəri cəlb edilib və imtahanlara ümumilikdə 36 şagird qatılıb. İmtahanlar bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. İmtahanlar bütün binalarda təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, işğaldan azad olunmuş Xankəndi, Xocalı, Şuşa və Laçın rayonlarında martın 2-də keçirilən imtahanlarda 45 şagird iştirak etmişdi.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin