Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədovun Qaxda piyadanı vuraraq ölümünə səbəb olması ilə bağlı DSMF məlumat yayıb.
Bizim.Media xəbər verir ki, məlumata görə, hadisə Turan Əsədov iftardan qayıdarkən baş verib:
"Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.
Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala Rayon Diaqnostika Mərkəzinə çatdırıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək". (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:37 / 09.03.2025
DSMF-dən avtomobillə vuraraq piyadanı öldürən məmurla bağlı AÇIQLAMA
Hazırda oxunan: DSMF-dən avtomobillə vuraraq piyadanı öldürən məmurla bağlı AÇIQLAMA
Hazırda oxunan: DSMF-dən avtomobillə vuraraq piyadanı öldürən məmurla bağlı AÇIQLAMA
238415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.