Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü və Abşeron Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyilə xəstəxanada çalışan şəhid, qazi, veteran ailələri ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə Səkinə Sadıxova ərazi bütövlüyümüzün uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə, müharibə veteranlarına cansağlığı arzulayıb.
S. Sadıxova sonda tədbirdə iştirak edən xanımların timsalında hər bir Azərbaycan xanımını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, dünyanın bütün xoşbəxtliklərini onlar üçün arzulayıb.
Tədbirdə çıxış edən Elvin Məmmədzadə bütün xanımları bayram münasibəti ilə təbrik edərək hər zaman baş tacı olduğlarını ifadə edib.
Xatirə İsmayılova öz növbəsində bir şəhid ailəsi olaraq xüsusən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, eləcə də Səkinə Sadıxova tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə, qazilərə xüsusi diqqətin, qayğının göstərildiyini və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilmiş bu görüşün də bunun bir parçası olduğunu vurğulayıb, təşəkkürünü bildirib.
Görüşün sonunda hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:30 / 08.03.2025
Abşeron Rayon Mərkəzi Xəstəxanasında çalışan şəhid, qazi, veteran ailələri ilə görüş keçirildi - FOTO
Hazırda oxunan: Abşeron Rayon Mərkəzi Xəstəxanasında çalışan şəhid, qazi, veteran ailələri ilə görüş keçirildi - FOTO
Hazırda oxunan: Abşeron Rayon Mərkəzi Xəstəxanasında çalışan şəhid, qazi, veteran ailələri ilə görüş keçirildi - FOTO
238412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.