“Ermənilər mina basdırıblar ki, azərbaycanlı üzərinə çıxsın və partlayış nəticəsində ölsün.
Güdülən nəticə budur: Az da olsa dünyada azərbaycanlının sayı azalsın. Bu anlaşılandır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar.
Güdülən nəticə budur: Dünyada daha çox azərbaycanlının sayı azalsın. Bu isə anlaşılmazdır”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında bildirib.
“Mənaca bir-birinə dəxli olmayan fərqli-fərqli sillogizmlərdən oxşar nəticələrin çıxmasına görəsən məntiqdə necə izah verirlər? Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə səfərbərlik üzrə dövlət rəisi tənqid olunacaq - orduya niyə yüz-yüz əlli adam çağırmısan?” - deyə, deputat bildirib.
Xatirə.Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:43 / 07.06.2021
Operativ Qərargahın basdırdığı “MİNA” – TOY QADAĞASI
Hazırda oxunan: Operativ Qərargahın basdırdığı “MİNA” – TOY QADAĞASI
Hazırda oxunan: Operativ Qərargahın basdırdığı “MİNA” – TOY QADAĞASI
23841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.